Epilepsiya nədir? Səbəbləri və İlk Yardım!

10585168_529752187153001_1658236769_nEpilepsiya beyinin funksiyasının qısa müddətli pozulması ilə ortaya çıxır. Bir qrup beyin hüceyrələrində qəfildən başlayan, anormal sinir boşalmaları səbəbilə ortaya çixan bir klinik vəziyyətdir.  Epilepsiya diaqnozu qoyulması üçün epileptik tutmalar birdən çox və təkrarlayıcı olmaq şərtilə üzə çıxmalıdır. Epileptik tutmalar üçün zaman məhdudiyyəti yoxdur. Hər an ,gecə və ya gündüz fərq etmədən ortaya çıxa bilər.

Epilepsiya qadın və kişilərdə bərabər sayda görülməkdədir. Hər hansı bir yaşda ortaya çıxa bilər amma ən çox rast gəlinən yaş aralıqları, gənclər və bir qədər irəli yaşda olanlardadır.

Bilməniz gərəkən ən vacib nüanslardan biri odur ki, hər epileptik tutma keçirən şəxsə epilepsiya xəstəliyi diaqnozu qoyula bilməz!!!  Çünki cəmiyyətdəki hər 20 fərddən biri,həyatının hər hansı bir dövründə ,hər hansı bir səbəblə belə bir tutma keçirə bilər və bu tutma sonra birdə heç vaxt təkrarlanmaz.  Bu həmin şəxsin epilepsiya xəstəsi olduğunu göstərməz! Yuxarıda da qeyd etdiyimiz kimi Epilepsiya birdən çox olmaq şərtilə, təkrarlanan tutmalarla xarakterizə olunur. Eyni zamanda epileptik tutmlarla çox sıx qarışdırılan digər bir tutmalarda İsterik tipli tutmalardır. Unutmayın, Epileptik tutmalar bir necə saniyədən bir neçə dəqiqəyə qədər davam edir. İsterik tutmalar isə saatlarla çəkə bilir.

Epilepsiyanın yaranma səbəbləri

Epileptik tutmaların mənbəyi beyindir. Buna görə də, bəsit dillə desək, beynimizin nizamlı şəkildə fəaliyyət göstərməsinə mane olacaq hər bir hadisə, vəziyyət, faktor buna səbəb kimi sayıla bilir.

Ümumi halda xəstəlik klinik olaraq iki formaya bölünür:

  1. Geniun Epilepsiya– uşaqlarda heç bir səbəb olmadan, genetik faktor, irsiyyətlə əlaqəli yaranan
  2. Simptomatik Epilepsiya – hər hansı bir səbəbdən yaranan

Orqanizmin ümumi inkişafı zamanı yaranan anormallıqlar, ana bətnindəykən dölün məruz qaldığı infeksiyalar, toksik maddələr,doğuş zamanı uşağın oksigensiz qalması, doğuşdan sonra keçirilən beyin infeksiyaları ( miningit, ensefalit) , başa alınan travmalar, zəhərlənmələr ( ağır metallardan, karbon monoksid və s.), beyin xərçəngi, beyinə qansızma, beyin damar tıxanıqlıqları, bəzi dərmanlar, aşırı dərəcədə alkoqol aludəçiliyi, metobolik pozuntular da epileptik tutmalara səbəb ola bilir.

 Epileptik tutmaların tipləri

Bunu bilmək çox önəmlidir. Çünki bu, müalicə prosesində həmin tipə yaxşı təsir edəcək dərmanın müəyyən edilməsində böyük rol oynayır. Bir çox tiplər mövcüdur. Amma bilinməsi lazım olan əsas iki tip vardır:

  1. Parsial –yəni beyində bir bölgə ilə məhdudlaşmış olaraq başlayan tutmalar
  2. Generalizə – beynin əksər hissəsinə təsir edən tutmlar

Parsial tutmalar bədənin müəyyən bir hissəsini tutar. Məsələn, bir ayaqda və ya bir qolda olan əzələ gərilmələri, qol və ya ayaqda uyuşmalar, qıcolmalar, yanma və nadir hallarda ağrı kimi qısa çəkən əlamətlər, rəng dəyişmələri ( qızarma və ya solğunlaşma), qan təzyiqinin dəyişməsi, ani qorxu hissi, deja- vu ( əvvəllər heç olmamış bir hadisəni olmuş kimi qəbul etmək) ya da jamais-vu ( əvvəllər olmuş bir hadisəni sanki heç olmamış kimi hiss etmək), xoş olmayan qoxu və dad hissetmə, mədədə bulantı və hədsiz rahatsızedici hiss, başın bir tərəfə doğru əyilməsi, qolun yuxarı qalxması və s.  Parsial tutmalara aid edilə bilər.

Generalizə tutmalarda isə şüurun ani itməsi ilə yanaşı ani olaraq dalıb getmə, bütün vücudda gərilmələr, atılmalar, sıçramalar əmələ gələ bilir. Xəstələrdə, belə tutmalar zamanı ağızdan köpük gəlməsi, dilini dişləmə, sidik və ya nəcis qaçırması da müşahidə edilə bilər.

Xəstəliyin tətikləyiciləri!

  • Istifadə edilən epilepsiya dərmanlarının düzənli atılmaması və ya kəsilməsi
  • Yuxusuzluq
  • Rejimsiz, sağlıqsız qidalanma
  • Qan şəkərinin tez-tez dəyişməsi
  • Aşırı dərəcədə alkoqol tükətimi
  • Uyuşdurucu maddələr
  • Təkrarlanan, çox parlaq və şiddətli işıq siqnalları ( disko işıqları,video oyunları və s)
  • İnfeksiyalar və yüksək temperatur

Epilepsiya diaqnozu necə qoyulur?

Bunun üçün xüsusi və tək bir test yoxdur. Diaqnoz qoyularkən , xəstənin tutmalarını görən bir nəfərdən alınacaq bilgilər çox dəyərlidir. Buna görə də xəstənin tutmalarına şahid olan insanın qeydləri, mümkünsə tutma anının video görüntüsü ( hansi ki,indi mobil telefonlar vasitəsilə bunu rahatca etmək mümündür. Unutmayın ki, bu diaqnoz üçün çox dəyərli bir bilgi olar!) diaqnoz qoymağa yaxından kömək edə bilər.

Baş vurulan ilk və ən effektli tibbi diaqnoz üsulu Elektroensafolaqrammadır. Bu üsulla beyində epileptik tutmalara yol aça biləcək anormal elektrik boşalmaları müəyyən edilir. Ancaq EEQ qısa müddətli ( təxminən 20 dəqiqə çəkən bir prosedurdur) və xəstənin beyninin həmin zaman hüdudundakı fəaliyyətinin qeydə alındığı bir tədqiq üsuludur ona görə də bəzən çəkim zamanı hər hansı anormallıqlar ortaya çıxmaya da bilir. Ona görə də EEQ müəyyən aralılarla yenidən təkrarlanmalıdır.

Epileptik tutmaların tipinə uyğun düzgün müəyyən edilmiş dərmanlar bu tutmaları xeyli dərəcədə azalda  bilir. Ancaq dərmanlar daima nizamlı şəkildə atılmalı yarıda kəsilməməlidir. Çünki dərmanların anidən, yarıda kəsilməsi ağır və ya durdurulması mümkün olmayan tutmalara səbəb ola  bilər. Xəstələrin 70-75% -ində tutmaları nəzrətdə saxalamaq üçün tək bir dərman kifayət edərkən, bəzi xəstələrdə isə ikinci, üçüncü dərmanında müalicəyə əlavə edilməsi lazım gəlir.

Epileptik tutma zamanı ilk yardım!

  • Ilk öncə sakit qala bilmək və özünü itirməmək xəstəyə göstəriləcək ən önəmli yardımdır.
  • Xüsusilə böyuk tutmalar zamanı xəstənin ağzından gələn köpük və tüpürcəyin xəstənin boğazına gedib nəfəs yolunu tutmaması üçün rahat nəfəs al10536741_529752140486339_321180332_na biləcəyi bir şəkildə uzatmaq lazımdır.
  • Tutma zamanı özünü yaralamaması və başının harasa dəyməsinin qarşısını almaq üçün mümükün qədər yumşaq yerə yatırılsa yaxşı olar.
  • Çənədə kilidlənmə olduğu zamanlarda qaşıq, taxta kimi hər hansi bir cisim və ya əllə xəstənin ağzının açıq saxlamağa və ya açmağa cəhd edilməsi doğru davranış deyil. Unutmayın, qorxduğunuz dil qatlanmasından xəstə heç vaxt ölməz! Amma belə müdaxilələr zamanı həm özünüz yaralana bilərsiniz ,həm də xəstənin dişinin qırılmasına, çənə sümüyünün və ağız boşluğunun zədə almasına səbəb ola bilərsiniz. Eyni zamanda xəstə nəfəs almaqda da çətinlik çəkə bilər.
  • Tutmanın tez qurtarması üçün xəstənin üzərinə su atmaq, nəsə qoxlatmaq, şillə vurmaq da düzgün davranışlardan deyil! Bu tutmalar beyin mənşəli olduğu üçün sizin hər hansı, belə müdaxilənizlə deyil, beyindəki anormal fəaliyyətlər bitincə , tutmalar da sönəcəkdir.
  • Əksərən tutmalar 1-3 dəqiqə içində keçib gedir. Ancaq 5 dəqiqədən çox davam edərsə xəstə mümkün qədər tez bir zamanda xəstəxanaya çatdırılmalıdır.

Fəridə Qasımova

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma